Türkiyəli aktyordan Azərbaycana dəstək: "Dualarımız sizinlədir"

7 Aprel 2016 12:00 (UTC+04:00)

Son günlər cəbhədə baş verənlərə türkiyəli məşhurlar da biganə qalmırlar.


Movqe.az publika.az-a istinadən xəbər verir ki, Türkiyənin sevilən aktyoru Haluk Piyes sosial şəbəkədə Azərbaycana dəstək olduğunu yazıb: ''Dost deyiriksə, qardaş deyiriksə, o halda bir-birimizə dəstək olmalıyıq. Sevən sevdiyinə sahib çıxmalıdır! Qardaş ölkə ­- Azərbaycan, dualarımız sizinlədir, Qarabağa sülh!"

 

Bu yaxınlarda Haluk Piyesin çəkdiyi "Atəş" filminin Bakıda təqdimat mərasimi keçiriləcək.  Əldə etdiyimiz məlumata görə, türkiyəli aktyorun çəkiliş heyəti ilə birlikdə Bakıya gəlişi gözlənilir.