Hollandiyada yaşayan azərbaycanlılar Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirəcəklər

7 Aprel 2016 12:06 (UTC+04:00)

Niderland Krallığında yaşayan azərbaycanlılar bu gün Ermənistanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirəcəklər.Movqe.az xəbər verir ki, Benilüks Azərbaycanlıları Konqresindən (BAK) apa-ya verilən məlumata görə, aksiyanı Azərbaycan Türk Kültür Dərnəyi, Ana Vətən və digər təşkilatlar təşkil edəcək.Bildirilib ki, Haaqada keçiriləcək aksiyada əsas məqsəd son günlər cəbhədə qəhrəmancasına vuruşan əsgərlərə dəstək vermək, habelə Ermənistan silahlılarının qeyri-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb etməkdir."Erməni hərbçilərinin iki yolu var: ya sağ-salamat qayıdırlar öz ailələrinin yanına, ya da azərbaycanlılar birləşib onları tabutda geri göndərəcəklər. Ermənilər bilsinlər ki, artıq vəziyyət əvvəlki kimi deyil, dünyanın bir çox yerlərində azərbaycanlılar səfərbər olunub. Biz şərəfli yaşamağı bildiyimiz kimi şərəfli ölməyi də bilirik. Bunu anlasınlar. Ermənilər Qarabağı qaytarmalıdırlar", - deyə Benilüks Azərbaycanlıları Konqresindən bildiriblər.

Sosial səhifələrdə paylaş