Ailə qurmaq istəyən cütlüklərdə dəhşətli xəstəliklər aşkarlandı

7 Aprel 2016 11:29 (UTC+04:00)

Mart ayında nikaha daxil olmaq istəyən 10 min nəfər tibbi müayinədən keçib. Onlardan 293 nəfərdə talassemiya daşıyıcılığı, 3 nəfərdə QİCS, 35 nəfərdə sifilis xəstəliyi aşkar edilib. Movqe.az-a bu məlumatı B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva verib. Onun sözlərinə görə, 2015-ci ilin iyun ayının 1-dən bu ilin mart ayınadək yına kimi nikaha daxil olmaq üçün 117 500 nəfər  qan müayinəsindən keçib. Onlardan 6 min 521 nəfərində talassemiya daşıyıcılığı, 74 nəfərdə QİCS, 363 nəfərdə sifilis xəstəliyi aşkar edilib.Talassemiya daşıyıcılığı aşkarlananlar arasında 50 cütlük aşkar edilib. Onlardan  6 evlənmiş cütlükdə isə hamiləlik müşahidə edilib. Onlardan 1-nin hamiləliyi öz istəyi ilə uşaq xəstə olduğundan pozulub.