Orqanlarıyla beş uşağa həyat verdi

3 Dekabr 2012 17:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Gallerdə Anglesey adasında yaşayan Kleo Lloyd astma böhranından sonra keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib. Lloydun orqanları nəql gözləyən beş uşağa ümid işığı olub. İki gün müddətində həyat moduluna bağlı yaşayan gənc qızın ailəsi həyatlarının bəlkə də ən çətin qərarını verərək həyat cihazının ipinin çəkilməsini qəbul etdi. Lloydun anası Fiona qızının çox fədakar bir insan olduğunu və həyatda olsa kömək gözləyən xəstələrə mütləq kömək əlini uzatacağını söyləyib. Ana Lloyd sözlərinə belə davam edib: "Orqanlarını bağışlama qərarı aldım çünki bilirəm ki, o da belə etməmi istəyərdi". Lloydun ölümündən sonra "Facebook" başda olmaqla, sosial mediada gənc qız üçün tərif dolu mesajlar yayımlanıb.