Bütün Ermənistan ŞOKda- Generalın məğlubiyyət etirafi VİDEO

7 Aprel 2016 13:42 (UTC+04:00)

"Ermənistan mətbuatı hadisələri düzgün işıqlandırmır. Azərbaycan genişmiqyaslı hücum barədə qərar qəbul edərsə, buna tam hazırdır, başladığı işi davam etdirə biləcək".


Movqe.az xəbər verir ki, bunu "Kommandos" ləqəbli erməni general-mayoru Arkadi Ter-Tadevosyan Yerevandakı "İmpuls 106.5 FM" radiosuna müsahibəsində bildirib. O deyib ki, Ermənistan ordusu son hərbi əməliyyatlarda uduzub. Erməni generalı Azərbaycan ordusunun gücünü etiraf edib.


Generalın fikrincə, Azərbaycan Qarabağ uğrunda gedən son döyüşlərdə müharibə qanunlarına riayət edərək qələbə qazanıb.


Erməni general bildirib ki, Azərbaycan genişmiqyaslı hücum qərarı verəcəyi təqdirdə faktiki olaraq başladığı işi davam etdirə biləcək.(Xezerxeber.com)