Ermənistan Silahlı
Qüvvələri tərəfindən Azərbaycan Respublikasının qərb hissəsində
cəbhəyanı yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində
əraziyə düşən və partlamamış hərbi sursatlar (PHS) barədə
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə
Milli Agentliyi (ANAMA) tərəfindən aidiyyəti təxirəsalınmaz
tədbirlərin görülməsi üçün Agentliyin nəzdində bir neçə çevik qrup
yaradılıb.ANAMA-nın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata
görə, Daxili İşlər Nazirliyinin 102 Xidməti, Fövqəladə Hallar
Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rayon İcra
hakimiyyətlərindən daxil olan məlumatlara əsasən yerli əhalinin
təhlükəsizliyini təmin etmək məqsədilə Agentlik tərəfindən təcili
və təxirəsalınmaz tədbirlər görülür.