Rusiyalı turistlər 2016-cı ildə Türkiyə və Misirə qetməyəcək

7 Aprel 2016 15:00 (UTC+04:00)

Türkiyə və Misir istiqamətləri 2016-cı ildə rusiyalı turistlət üçün açılmayacaq.


Movqe.az TASS-a istinadən xəbər verir ki, bu barədə RF-nin Turizm üzrə Federal Agentliyinin direktorunun müavini Roman Skorıy bildirib.


O deyib ki, Türkiyə istiqaməti "bu il dəqiq açılmayacaq": "Sonuncu hadisələr isə göstərdi ki, Misir də, ehtimallara görə, bu il açılmayacaq".


R.Skorıy qeyd edib ki, Misirin hava məkanındakı uçuşların təhlükəsizliyi yalnız Rusiya turistlərinə aid deyil: "Məsələn, Böyük Britaniya və Avropanın bir çox ölkələri Misirlə hava uçuşların bərpasına tələsmirlər. Əsas problem təhlükəsizlik məsələsidir".