Bakıda lisey və gimnaziyaların 1-ci sinfinə şagird qəbulu üçün müraciət vaxtı uzadıldı

7 Aprel 2016 16:00 (UTC+04:00)

Bakıda lisey və gimnaziyaların 1-ci sinfinə şagird qəbulu üçün müraciət vaxtı artırıldı.


Bakı şəhəri üzrə Təhsil idarəsindən Movqe.az-a  verilən məlumata görə, Bakı şəhəri üzrə 1-ci sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək aparılan elektron qeydiyyat yekunlaşıb.


Lakin valideynlərin çoxsaylı müraciətlərinə əsasən, lisey və gimnaziyaların 1-ci sinfinə elektron qeydiyyatın vaxtı bu gündən etibarən bir neçə gün artırılıb.


Belə ki, 1-ci sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat 10 aprel saat 00:00-dək davam edəcəkdir.


Qeyd edək ki, seçim üçün müsabiqələr (imtahanlar) aprelin 15-dən mayın 15-dək həyata keçiriləcəkdir.