"Real" müdafiədə 10-12 yaşlı məktəblilər kimi oynayırdı"

7 Aprel 2016 16:15 (UTC+04:00)

"Real"ın Çempionlar Liqasının 1/4 final mərhələsində "Wolfsburg"a uduzması futbol ictimaiyyəti üçün gözlənilməz olub. Movqe.az goal.az-a istinadən xəbər verir ki, "kral klubu"nun keçmiş futbolçusu Stiv Makmanaman da narazılığını dilə gətirib."Fikrimcə, "Real" çox pis görünürdü. "Barcelona" üzərindəki qələbədən sonra bu, gözlənilməz oldu. Cinah müdafiəçiləri Danilo və Marselo hardaydılar, bilinmirdi. Pepe və Serxio Ramos sanki bir-birini ilk dəfə görürdü. Müdafiədə 10-12 yaşlı məktəblilər kimi oynayırdılar. Madrid klubu elə bil, oyun planı olmadan meydana çıxmışdı. Dəhşət görünürdü. Bunda Zidanı ittiham etmək olmaz. Danilodan başqa eyni futbolçulardan ibarət heyət "Barcelona"nı məğlub etmişdi. Yeri gəlmişkən, məşqçinin Danilonu niyə əvəz etməməsi məni təəccübləndirdi. Bundan başqa Beylə qarşı matçın 4-cü dəqiqəsində edilən kobudluğa görə penalti təyin olunmalı idi".