Varlılar üçün "sualtı limuzin"

3 Dekabr 2012 17:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, "U-Boat Worx" adlı şirkət, pulu bol müştərilərin sualtında hərəkət etmək keyfi yaşaya bilmələri üçün bir dənizaltı gəmi yaratmaq üçün çalışırlar. Şirkətin "dənizaltı Limuzini" olaraq təyin etdikləri "C-Explorer 5", sərnişinlərinə elmi-fantastik filmlərdə olduğu kimi sualtı əyləncə yaşadacaq.  Prototipi Fransanın Monako şəhərində sentyabr ayında təşkil ediləcək şouda izləyicilərə göstəriləcək "C-Explorer 5", 2.4 milyon dollara satışa təqdim ediləcək. "CE5", 300 metr dərinlikdəki təzyiqə dözə biləcək şəkildə hazırlanıb, sürəti isə saatda təxminən 6 kilometrdir. Sualtı limuzin, təxminən 8 saat batareya saxlama imkanına sahibdir. Hollandiyalı mühəndislər, hər hansı bir səbəbdən ötəri suların dibində qalma riskini aradan qaldırmaq üçün bu müddəti 16 saata qədər artırmaq istəyirlər. Əgər dənizaltı gəminin lityum iyon batareyası tükənərsə və suyun dibində qalarsa, sərnişinlərin kömək gələnə qədər 96 saat oksigeni olacaq. İki ədəd 2kWs pərvanəsi olan "CE5", eyni zamanda manevr edə bilmək üçün də iki ədəd 1.2 kWs pəvanə saxlayır. "Dənizaltı limuzin"in ən təsirli qisimi isə sərnişinlərin rahatlığı üçün hazırlanmış olduqca lüks daxili dizaynıdır. Ventilyasiya və LED işıqlandırma, su altındakı mənzərəni seyr edərkən daha rahat bir mühit yaratmaq üçün düşünülüb. "CE5", eyni zamanda, lazım olsa kömək çağıran, HD video çəkilişi edən, uzaqdan əmrli əlavə bir cihaza sahibdir.