Mazut idxalı ilə bağlı qərar

7 Aprel 2016 16:50 (UTC+04:00)

Azərbaycan hökuməti "Azərenerji" ASC-nin tələbatı üçün idxal ediləcək mazutun gömrük rüsumlarından azad edilməsi barədə qərar qəbul edib.Movqe.az-ın məlumatına görə, qərar Nazirlər Kabinetinin saytında dərc edilib və bu qərar imzalandığı gündən 30 gün sonra, yəni 2016-cı il mayın 6-da qüvvəyə minir və 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.