Françesko Toldo Bakıya gəlir

7 Aprel 2016 21:30 (UTC+04:00)

Aprelin 8-də Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçiriləcək. Movqe.az AFFA-nın saytına istinadən məlumat verir ki, püşkatma mərasimində qonaq qismində İtaliya futbolunun tanınmış nümayəndəsi, Avropa çempionatının gümüş mükafatçısı, UEFA Çempionlar Liqasının, 5 dəfə İtaliya çempionatının və kubokunun, 3 dəfə İtaliya Superkubokunun qalibi olmuş, "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin Kavaleri, karyerası ərzində "İnter", "Fiorentina" kimi klubların formasını geyinmiş Françesko Toldo da iştirak edəcək.