Uşaqlar böyüdü, aktrisalıq bitdi?

3 Dekabr 2012 17:54 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Angelina Joli uşaqlarının yetkinliyə addım atmasıyla birlikdə evdə daha çox zaman keçirmək məcburiyyətində olacağından aktyorluğu buraxacağını söyləyib. O, köməksevərlik işləri və analığa daha çox vaxt ayırmaq üçün aktyorluğu buraxacağını açıqlayıb. "Aktyorluğu çox sevirəm. Bəzi filmlərdə oynayacağam. Belə bir sənətim olduğu üçün çox şanslıyam. Digər tərəfdən, sabah aktyorluğu buraxsam evdə uşaqlarımla zaman keçirməkdən də çox məmnun olardım" deyən 37 yaşlı aktrisa, BMT-nin nəzdində Sülh Elçisi olaraq işlərinə daha çox vaxt ayırmaq istədiyini bildirib.