"Qardaşım ön cəbhədə döyüşür" - Azərbaycanlı müğənni

7 Aprel 2016 18:00 (UTC+04:00)

"Sənət yoldaşlarım əsgərlərə dəstək oldu, ruh yüksəkliyi verdi, bu məni çox sevindirdi. Onların bu addımın alqışlayıram. İnşallah Müdafiə Nazirliyinin xətti ilə aprelin 10-nu bir qrup sənətçi yoldaşlarımla birlikdə hərbi hissələrdə konsert proqramı ilə çıxış edəcik".


Movqe.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ceyhun Əliyev bildirib. İfaçı qardaşının ön cəbhədə vuruşduğunu deyib:


"Hər bir əsgərə görə, çox narahatam. Mənim qardaşım ön cəbhədə xidmət edir. Ailəlidir və bir balası var. Ailəm ona görə, həyəcan keçirir. Heç vaxt onun fotosunu çəkib, sosial şəbəkədə paylaşıb, "səninlə fəxr edirəm", deyə,  ətrafa bunu bəyan etməmişəm. Mən tək qardaşımla deyil, bütün əsgərlərimizlə fəxr edirəm. Onlarla qürur duyuram. Vətən uğrunda mübarizə aparmaq hamımızın borcudur.


Hər şəhid xəbəri eşidəndə evdəkilərin üzündəki hüzünü görürəm. Allaha dua edirəm, bütün əsgərlərimizi qorusun. İnşallah ayın 10-da hamımız əsgərlərimizə baş çəkəcəyik. Onlar üçün gəlişimiz, oxuyacağımız vətənpərvər mahnılar ruh yüksəkliyi verəcəksə, nə xoş bizə. Əsgərlərə hər an dəstək olduğumuzu göstərməliyik. Şəhərdəki izdihamı, gənclərin "Qarabağ" deyə çağırışını görəndə, ürəyim dağa dönür. Şükür edirəm ki, Azərbaycan kimi vətənpərvər dövlətin vətəndaşıyam.Torpaqlarımızın işğaldan tamamilə azad olması üçün hamımız bir olub, gücümüzü göstərməliyik".