İcra başçısı: Ağdamda 72 ev dağıdılıb, 5 ev tamamilə yanıb

7 Aprel 2016 18:05 (UTC+04:00)

Aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonda dağıdılan ev və obyektlərin siyahısı hazırlanıb. Movqe.az trend-ə istinadən xəbər verir ki, bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.


İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriya atəşinə tutması nəticəsində rayonda dağıdılan ev və binaların sayı 75-dir.


Hadisə nəticəsində dağıdılan binaların 72-si fərdi yaşayış evidir:


- tam yandırılan evlərin sayı - 5


- tam dağıdılan evlərin sayı - 30


- atəş zərbəsindən zərər çəkən evlərin sayı - 37


İcra başçısı bildirib ki, bundan başqa, rayon ərazisində bir orta məktəb, bir kənd icra nümayəndəsi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib.