Dünyanın ən balaca qızı

3 Dekabr 2012 18:42 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, balaca Lianqın dünyanın ən kiçik qız uşağı olduğu təxmin edilib. Anadan olduğunda çəkisi yalnız 1.05 kiloqram ağırlığında olan Lianqın boyu isə 33 santimetr olub. Aradan keçən 3 il müddətində isə çəkisi 2,5 kiloqram artıb, boyu isə yalnız 21 santimetrə qədər  uzanıb. Çinin Huaihua şəhərində yaşayan Lianqın həkimləri, uşağın bu vəziyyətdə olmasının səbəbini genetik mutasiyaya bağlayıb.