21 dekabrda dünya dağılmayacaq
3 Dekabr 2012 19:08 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Rusiya fövqəladə
hallar naziri Vladimir Puçkov, 21 dekabrda qiyamətin qopacağı ilə
əlaqədar iddiaların yalan olduğunu bildirib. Təbiətdə insanlar üçün
bir çox təhlükələrin olduğunu, ancaq bunların qlobal bir problem
yaratmayacağını deyən Puçkov, Rusiyanın dünyadakı təbiət
hadisələrini izləmək üçün bütün vasitələrə sahib olduğunu
söyləyib.
Əllərindəki məlumatlar, universal fəlakətlərin 10-15 milyon ildən
bir olduğunu göstərdiyini deyən Puçkov, " Dünyada ən son belə təbii
fəlakətləri bir neçə əsr əvvəl olub. Yaxın zamanlarda təbiət
nizamında dəyişikliklər gözlənilə bilər, amma bunları qəti qlobal
bir problemə çevirmək olmaz."deyə çıxış edib.
Buzlaşma, su basqınları kimi təbii fəlakətləri Rusiyanın 24 saat
izlədiyini açıqlayan Rusiya fövqəladə hallar naziri, "Şübhəsiz ki,
bunlar gələcəkdə olacaq şeylərdir və bunlara hazır olmalıyıq"deyib.
Rus nazir xalqın təbiət hadisələri ilə əlaqədar təklif, istək və ya
şikayətlərini 7 gün 24 saat ərzində nazirliyə bildirmək
imkanlarının olacağını da qeyd edib.