Metronun "Həzi Aslanov" stansiyasında eskalator istifadəyə verildi

8 Aprel 2016 10:50 (UTC+04:00)

Metronun "Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb.Bu barədə Movqe.az-a  "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.Qurum rəsmisi bildirib ki, stansiyanın 2-ci vestibülündə yerləşən 1 saylı eskalator bu gündən etibarən sərnişinlərin istifadəsindədir.Qeyd edək ki, adıçəkilən eskalator 11 mart tarixində təmirə dayandırılmışdı.