Siyəzəndə yeni sürüşmə sahəsi yaranıb

8 Aprel 2016 11:12 (UTC+04:00)

Taxtakörpü kanalının yaxınlığında yeni sürüşmə sahəsi yaranıb.Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri Movqe.az-a deyib ki, yeni yaranan sürüşmə sahəsi Bakıdan Siyəzənə tərəf gedəndə yolun sol tərəfindəki yamac hissədə yaranıb. "Bu kanalları tikəndə yamacları kəsiblər, amma onu bərkitməyiblər, ərazidə yaşıllıq işləri isə aparmayıblar. Ərazi sürüşməyə meyilli olduğundan yağan yağıntılar nəticəsində sürüşmə yaranıb. Sürüşmə böyük bir ərazini əhatə edir".S.Tarixəzəri qeyd edib ki, sürüşmə sahəsi hazırda fəaldır. Bu isə kanal üçün təhlükə yaradır.S.Tarixazəri qeyd edib ki, əgər lazımi tədbirlər görülməsə, sürüşmə sahəsi genişlənəcək: "Bu sahə kanala çox yaxındır. Buna görə də sürüşmə sahəsi genişlənərək kanala tərəf irəliləyəcək. Nətiədə isə kanal sıradan çıxacaq. Bu isə Taxtakörpü Su Anbarının fəaliyyətinə mənfi təsir göstərəcək".