Bakıda iki marşrut avtobusu toqquşub, ölən və xeyli sayda yaralı var

8 Aprel 2016 11:17 (UTC+04:00)

Bakıda avtobus qəzası baş verib.Movqe.az şahidlərin  verdiyi məlumata görə xəbər verir ki, hadisə Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzinin qarşısında qeydə alınıb.103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.Nizami Rayon Polis İdarəsindən apa-ya bildirilib ki, qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi hələlik məlum deyil.Polisdən həmçinin bildirilib ki, qəza zamanı 10 nəfər yaralanıb.