ARDNF ötən ay AÇQ və "Şahdəniz" üzrə gəlirlərini açıqlayıb

8 Aprel 2016 11:23 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və "Şahdəniz" qaz kondensat yatağından 2016-cı ilin aprelin 1-ə əldə edilən gəlirlərini açıqlayıb.ARDNF-dən Movqe.az-a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında AÇQ yataqları üzrə fond 1,137 mln. ABŞ dolları, "Şahdəniz" yatağı üzrə isə 40 mln. ABŞ dolları həcmində gəlir əldə edib.Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.02.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 118,146 mlrd. ABŞ dolları, "Şahdəniz" yatağı üzrə isə 2,483 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.