"Qarabağ" "kəpəz"i qəbul edir

8 Aprel 2016 11:33 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.Movqe.az xəbər verir ki, turun açılış oyununda "Qarabağ" Bakıda "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirəcək. Turnir cədvəlinin hazırkı lideri qələbə qazanacağı təqdirdə xal ehtiyatını 63-ə çatdıracaq. Avrokuboklara vəsiqə qazanmaq üçün çalışan "Kəpəz" isə səfər qələbəsi ilə dönəcəyi təqdirdə aprelin 9-da keçiriləcək "İnter" - AZAL oyununun nəticəsindən asılı olaraq 3-cülüyü ələ keçirə bilər.Komandalar bugünədək ölkə çempionatlarında 40 oyun keçirib. Bunlardan 18-i "Qarabağ"ın, 14-ü isə "Kəpəz"in qələbəsi ilə başa çatıb. Qalan 8 oyunda isə tərəflər meydanı sülhlə tərk ediblər. Gəncə təmsilçisi 15 oyundur qələbə qazanmır. (goal.az)


8 aprel (cümə)


17:30. "Qarabağ" – "Kəpəz"


Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov


AFFA nümayəndəsi: Nüvər Xasıyev


Hakim-inspektor: Asim Xudiyev


Bakı. "Azərsun Arena".


Turun digər oyunları 9 və 10 apreldə keçiriləcək.