Minsk qrupu nizamlanma üzrə gələcək addımlar müəyyənləşənədək regionu tərk etməyəcək

8 Aprel 2016 13:32 (UTC+04:00)

Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri bir neçə həftə sonra əvvəlcə Berlində, sonra isə ATƏT-də məruzə etmək üçün regiondan qayıdacaqlar.Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Baş katibi Lamberto Zaner deyib.O bildirib: "Onlar (həmsədrlər) hazırda regiondadırlar, gələcək addımları və nə etməli olduqlarını müəyyənləşdirənədək orada qalacaqlar".