Azərbaycan Prezidenti cəbhə xəttində deeskalasiya prosesində Rusiyanın rolunu qeyd edib

8 Aprel 2016 13:46 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş naziri Dmitri Medvedevi salamlayıb və qeyd edib ki, Azərbaycan və Rusiya arasında geniş gündəm mövzusu var.Bunu İlham Əliyev Rusiya hökumətinin başçısı ilə görüşdə deyib.Prezident bildirib ki, münasibətlər dinamik-strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.İlham Əliyevin sözlərinə görə, Dmitri Medvedevin səfəri qoşunların təmas xəttində vəziyyətin kəskinləşdiyi dövrdə baş verir: "Aprelin əvvəlində Ermənistan tərəfindən növbəti təxribat oldu, təqribən 400 ev dağıdıldı, o cümlədən dinc sakinlər həlak oldu".Azərbaycan Prezidenti deeskalasiya prosesində vaxtında göstərdiyi səylərə görə Rusiyaya təşəkkür edib.