Gəncədə baş verən avtobus qəzasında 6 nəfər xəsarət alıb (SİYAHI)

8 Aprel 2016 13:52 (UTC+04:00)

Gəncə şəhərində baş verən avtobus qəzasında 6 nəfər xəsarət alıb.Movqe.az trend-ə istinadən xəbər verir ki, Gəncədə 7 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu divara çırpılması nəticəsində 6 nəfər xəsarət alıb.Təbriz küçəsində "İsuzu" markalı avtobusun idarəetmədən çıxması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına gətiriliblər.Yaralıların hamısına ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.Qəza nəticəsində xəsarət alanlar aşağıdakılardır:

Gülnar Quliyeva 1974-cü il - döş qəfəsinin əziyi

Gülşən Abdullayev 1977-ci il - üst çəndə dişin sınığı

Aydan Nəbiyeva 1997-ci il - üst çənədə dişin sınığı

Nəzakət Mehdiyeva 1969-cu il - alt çənənin əziyi

Rəna Hüseynova 1980-ci il - döş qəfəsinin əziyi

Azyaşlı 2004-cü il - sol gicgah nayihəsinin əziyi