"Yalnız İngiltərədə çempion olmağa köklənmək lazım deyil"

8 Aprel 2016 15:00 (UTC+04:00)

"Bayern Munic"in qapıçısı Manuel Noyer ingilis klublarının son illər Avropada uğur qazana bilməməsini yalnız daxili çempionata diqqət yetirməklə əlaqələndirir. Movqe.az xəbər verir ki, "BT Sport"a açıqlamasında alman qolkiper fikirlərini belə ifadə edib"İngilis klublarının çoxlu pulu və yaxşı futbolçuları var. Amma yalnız İngiltərədə çempion olmağa köklənmək lazım deyil. Avropa klublarına nəzərə yetirib "Barcelona", "Real Madrid", "Bayern Munich", "Borussia Dortmund" və "Juventus"un nə etdiyini görmək və özünü onlarla müqayisə etmək lazımdır. Dünyanın ən yaxşı oyunçusunu tapıb onu transfer etmək və bunun effektini düşünməkdən söhbət getmir. Müəyyən struktur və 5-6 ingilis futbolçu lazımdır. Bu futbolçular klubu yaxşı tanımalı, hər il klubunu və komandanın xarakterini dəyişməməlidir".(goal.az)