Azərbaycanın "Eurovision 2016"dakı çıxış sırası açıqlandı

8 Aprel 2016 15:30 (UTC+04:00)

İsveçin paytaxtı Stokholmda baş tutacaq "Eurovision 2016" mahnı müsabiqəsində ölkələrin çıxış sıralaması təqdim edilib. Movqe.az-ın məlumatına görə, bu haqda yarışmanın rəsmi internet saytında yazılıb. Belə ki, yarışmanın ilk günü – mayın 10-da səhnəyə ilk Finlandiya təmsilçisi çıxacaq. Mayın 12-də baş tutacaq ikinci yarımfinalda səhnədə sonuncu mahnını Belçika təmsilçisi oxuyacaq. Azərbaycan təmsilçisi Səmra Rəhimli isə birinci yarımfinal günü 14-cü sırada səhnəyə çıxacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr isə Fransa, İtaliya, Almaniya, İspaniya, İsveç və Böyük Britaniyadır.Qeyd edək ki, təmsilçimiz "Eurovision 2016"da "Miracle" mahnısını səsləndirəcək.