Məşhəddə partlayış nəticəsində 3 nəfər ölüb

8 Aprel 2016 14:50 (UTC+04:00)

İranın Məşhəd şəhərində bu gün baş vermiş partlayışda 3 nəfər ölüb, 7 nəfər yaralanıb.Movqe.az-ın apa-ya istinadən məlumatına görə, hadisə Məşhəd şəhərinin  Bəhmən küçəsində yerləşən yaşayış evində baş verib.Yaralananların bir neçəsinin vəziyyəti ağırdır. Partlayış nəticəsində ev tamamilə dağılıb. Bundan başqa, ətrafdakı 3 evdə də dağıntılar olub, 20 evin isə şüşələri sınıb.Partlayış nəticəsində evin kənarında park edilmiş 3 avtomobilə ziyan dəyib.Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.