Macarıstanın siyasi partiyasından Azərbaycanın haqlı mövqeynə dəstək

8 Aprel 2016 22:00 (UTC+04:00)

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son gərginliklə əlaqədar olaraq Macarıstanın "Yobbik - Daha yaxşı Macarıstan uğrunda hərəkət" partiyası son gərginliklə əlagədar olaraq bəyanat yayıb. Bəyanat Macarıstanın bir çox KİV-lərində dərc olunub.Azərbaycanın Macarıstandakı səfirliyindən Movqe.az-a  verilən məlumatda bildirilir ki, bəyanatda Azərbaycanın haqlı mövqeyi birmənalı şəkildə vurğulanır, yalnız erməni hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərtilə münagişənin sülh yolu ilə həll

oluna biləcəyi qeyd edilir.