Hesablama Palatası vəsaitlərin dövlət büdcəsinə qaytarılmasını təmin edib

8 Aprel 2016 16:36 (UTC+04:00)

Hesablama Palatasının 2015-ci ilin iş planına uyğun olaraq başa çatmış və qərar qəbul edilmiş nəzarət tədbirləri üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı 4 milyon 496,1 min manat, xərcləri ilə bağlı 4 milyon 170 min manat məbləğində vəsait, həmçinin 39,5 min avro dövlət büdcəsinə bərpa edilib.Movqe.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının 2015-ci il üzrə hesabatında deyilir.Hesabatda qeyd edilib ki, həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq, Hesablama Palatası tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada Azərbaycan Baş Prokurorluğuna göndərilmiş materiallar üzrə 1 milyon 55 min manat, digər tədbirlər üzrə isə 565,6 min manat və 20,7 min avro məbləğində vəsaitin bərpası təmin edilib.