Ancelina Coli ölümə yaxınlaşır

8 Aprel 2016 22:30 (UTC+04:00)

"National Enquirer" jurnalı aktrisa Ancelina Colinin ölüm ayağında olduğunu iddia edib.


Movqe.az-ın məlumatına görə, daha əvvəl də 40 yaşlı aktrisanın sürətlə çəkisini itirdiyini yazan jurnal bu dəfə onun geriyə dönüşünün olmadığını bildirib.


İddiaya görə, bir müddət əvvəl aktrisanın həyat yoldaşı, aktyor Bred Pitt də ona "sağlam qidalanmasan, səndən boşanacağam" demişdi. Ondan sonra Coli ərinin ona xəyanət etdiyini düşündüyü dayəni evindən qovmuşdu.


Hazırda 37 kiloqram çəkisi olan Colinin mətbuat xidməti iddialara hələ ki cavab verməyib.


Qeyd edək ki, A.Colinin diqqətçəkən dərəcədə arıqlaması 2007-ci ildə anasının ölümündən sonra başlayıb. Gənclik illərində anoreksiyadan əziyyət çəkdiyi məlum olan aktrisa 2014-cü ildə müalicə almağa başlamışdı. O, anasının ölümündən sonra xərçəng xəstəliyi yarada biləcək genlərinin olduğunu öyrənib. Aktrisa qısa müddətdə yumurtalıqlarıı və hər iki döşünü kəsdirib.(axşam.az)