Manhettendə mənzillərin qiyməti 2 milyon dolları üstələyib

9 Aprel 2016 12:00 (UTC+04:00)

ABŞ-ın Manhetten şəhərində mənzillərin qiyməti 2 milyon dolları üstələyib.


Movqe.az  xarici saytlara istinadla xəbər verir ki, Manhettendə bir kvadrat metr mənzilin qiyməti 17 min dollara çatıb, satışlar 8 faiz, təklif isə 5 faiz artıb.


Ekspertlər qeyd edirlər ki, qiyməti 1-5 milyon dollar arasında dəyişən mənzillərə olan tələb təklifi üstələyir. Bazara yeni layihələr daxil olsa da, keçən ilin analoji müddətinə nisbətən yeni mənzil üzrə ehtiyat 44 faiz azalıb.


Bu ilin birinci rübündə satılan beş yataq otağına malik ən bahalı mənzilin sahəsi 650 kvadratmetr təşkil edib. Bu mənzil 35,3 milyon dollara satılıb. Hələ keçən ilin dekabrında Manhettendə orta statistik mənzillərin qiyməti 1 milyon dolları üstələyib.