ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirəcək

4 Dekabr 2012 10:28 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 5-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qərbində yerləşən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçi Uilyam Praroy, səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Palanlaşdırma qrupunun nümayəndəsi Andrey Baraşkin, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeniy Şarov və Yüksək Səviyyəli Palanlaşdırma qrupunun nümayəndəsi Vitali Belokon keçirəcəklər.