"Qafqaz Məzun Kuboku 2"

8 Aprel 2016 17:25 (UTC+04:00)

Qafqaz Universiteti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 iliyinə həsr olunmuş məzunlar arasında futbol çempionatı keçirir. Goal.az xəbər verir ki, Çempionat 10.04.2016-tarixində başlayır. 4 Qrupdan ibarət turnirdə 16 komanda iştirak edir. Komandaların üzvləri daha öncə Qafqaz Universitetindən məzun olmuş şəxslərdir. Nəzərinizə çatdıraq ki, qalib komandaya kubok təqdim olunacaq. İkinci və üçüncü yerləri tutan komandanın üzvlərinə isə diplom və medal veriləcək.