Məryəmə daha bir zərbə - 2,5 milyon qazana bilmədi

8 Aprel 2016 18:00 (UTC+04:00)

Məşhur aktrisa Məryəm Uzerlinin reklam üçün imzaladığı müqavilə ləğv olunub.


Movqe.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bu reklamı 2,5 milyon lirəyə razılaşıb.


Ancaq Uzerlinin alacağı büdcənin təsdiqi markanın idarə heyətində narazılıqla qarşılanıb, qəbul olunmayıb. Bu səbəbdən iyun ayında çəkilişlərinə başlanması planlaşdırılan reklamlarda məşhur aktrisa rol almayacaq.


Qeyd edək ki, Məryəm siması olduğu şampun firması ilə müqaviləsi də ləğv olunub.