ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

9 Aprel 2016 14:40 (UTC+04:00)

ABŞ-ın Alyaska ştatında "Cessna 206" tipli təyyarə Admiralti adasına düşüb.


Movqe.az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.


Təyyarənin göyərtəsində cəmi 4 nəfər olub. Yaralanan qadın xəstəxanaya çatdırılıb.


Qeyd olunur ki, güclü küləyə görə xilasedici helikopter hadisə yerinə yaxınlaşa bilmir.