ATƏT "üçlüyü" Berlində Dağlıq Qarabağı müzakirə edəcək

9 Aprel 2016 15:00 (UTC+04:00)

ATƏT-in sədr ölkəsinin təmsilçisi - Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer aprelin 12-də Berlində təşkilat üzrə həmkarlarını - Serbiya və Avstriya XİN başçılarını İvitsa Daçıç və Sebastyan Kurtsu qəbul edəcək.


Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, danışıqlar mərkəzində ATƏT-in sədrinin Dağlıq Qarabağ və Ukraynada münaqişələrin nizamlanmasında səyləri olacaq.


Görüşdə həmçinin ATƏT-in miqrasiya məsələlərində rolu da müzakirə olunacaq.