Şəhid əsgər Masallıda torpağa tapşırılıb

9 Aprel 2016 16:00 (UTC+04:00)

Ermənilərin hücumu nəticəsində şəhid olan əsgər, 1996-cı il təvəllüdlü Firdovsi Əliş oğlu Bağırzadə bu gün anadan olduğu Masallı rayonunun Güllütəpə kəndində torpağa tapşırılıb.  Movqe.az-ın apa-ya istinadən xəbərinə görə, dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, kənd sakinləri iştirak edib. Yaylım atəşi açılıb, şəhid əsgər torpağa tapşırılıb.