Hələb şəhərinin atəşə tutulması nəticəsində 18 dinc sakin öldürülüb

9 Aprel 2016 16:40 (UTC+04:00)

Hələb şəhərinin Suriya hakimiyyətinə müxalif qüvvələr tərəfindən atəşə tutulması nəticəsində 18 dinc sakin ölüb.

 

Movqe.az-ın məlumatına görə, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib. Məlumat Rusiyanın Suriya Ərəb Respublikası ərazisində döyüşən tərəflərin barışığı üzrə Mərkəzi tərəfindən hazırlanıb.

 

Məlumata əsasən, daha 61 nəfər yaralanıb. Bildirilir ki, İŞİD qüvvələri və "Cəbhat ən-Nüsra" qruplaşması hökumət qoşunlarına Hələb şəhərində və şəhərdən kənarda kürd üsyançılarına qarşı silahlı təxribatları davam etdirir: "Sutka ərzində mərkəzin "qaynar xətt"inə İdlib vilayətindəki Fuaa yaşayış məntəqəsi əhalisindən Binni yaşayış məntəqəsi istiqamətindən 3 mina atılması barədə telefon zəngləri gəlib".

 

Məlumata əsasən, ötən həftə mərkəzin tibb işçiləri Hama və Deraa vilayətlərində 186 yerli sakinə tibbi xidmət göstəriblər.