2 uşaq anası evli ikən başqası ilə nişanlandı

9 Aprel 2016 18:00 (UTC+04:00)

Türkiyənin Muğla şəhərində 2 uşaq anası olan N.K. adlı şəxs ərinə qeyri-adi şəkildə xəyanət edib.


Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 uşaq anası olan N.K. evli ikən başqasını sevib. O, sevgilisinin evlənmə təklifinə "hə" deyib. N.K. restoranların birində əri və uşaqlarından xəbərsiz nişanlanıb. Onların nişanlanması barədə xəbərlər qısa zamanda ərinin qulağına çatıb. Ər boşanmaq üçün məhkəməyə müraciət edərək N.K.-dan boşanıb. 


Onun nişanlısı isə evlənmək fikrindən daşınıb. Hər iki kişini itirən N.K. uşaqlarını tərk edərək atası evinə qayıdıb.