Səudiyyə Ərəbistanında terror təhlükəsi artıb - FOTO

9 Aprel 2016 18:30 (UTC+04:00)

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın qərbində ölkənin xüsusi təyinatlı qüvvələrinin hərbi təlimləri keçirilib.Movqe.az GulfNews-a istinadən bildirir ki, təlimlər zamanı "terrorçu dəstəsinin zərərsizləşdirilməsi" ilə bağlı təmrinlər yerinə yetirilib.Səudiyyə Ərəbistanının belə təlimləri intensivləşdirməsinin səbəbi "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Ər-Riyada ünvanladığı hədələrin sayını artırması, habelə ölkə ərazisində qanlı teraktlar keçirmək istəyidir.Üç gün əvvəl Ər-Riyaddan qərbdəki Əl Dəvadimi bölgəsində, Əl Ərca şəhərinin yaxınlığında Səudiyyə Ərəbistanının təhlükəsizlik xidmətinin polkovniki Kitab Məcid əl Həmmadini İŞİD terrorçuları qətlə yetiriblər.Bir qədər əvvəl isə İŞİD-lə bağlı olan "Nəjd dəstəsi" adlı qruplaşma Ər-Riyaddan cənubdakı polis məntəqəsinin yaxınlığında terror partlayışı törədib. Partlayışda bir polis əməkdaşı həlak olub, bir neçə polis maşını sıradan çıxıb.