Uorlik: ATƏT-in Minsk Qrupunun tərkibindən Türkiyənin çıxarılması planlaşdırılmır

10 Aprel 2016 10:30 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun tərkibindən Türkiyənin çıxarılması planlaşdırılmır. Movqe.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirilən mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, həftənin əvvəlində Vyanada Minsk qrupunun görüşü keçirilibi, və birgə çox ciddi bəyanat qəbul edilib.


"Türkiyə bu bəyanata qoşulub və biz Minsk qrupunun bütün üzvləri ilə, eləcə də Türkiyə ilə işləməyə hazırıq", - deyə diplomat əlavə edib.