55 yaşlı nənə ana oldu - FOTO

10 Aprel 2016 13:00 (UTC+04:00)

Britaniyanın Linkolnşir qraflığının 55 yaşlı sakini ölkədə ən yaşlı üçəm anası olub. O, ekstrakorporal mayalanma (EKM) proseduruna və doğuşa 21 min dollar xərcləyib.


Movqe.az Daily Mail-ə istinadən bildirir ki, Şeron Katts Kiprdəki klinikalardan birində EKM proseduru keçirib. Səbəb britaniyaa belə əməliyyatların yaşı 42-ni keçmiş qadınlar üçün yasaqlanmasıdır. Həkimlər naraşatdılar və britaniyalı qadına bətnindəki embrionlardan birini abort edərək digər iki embrionu xilas etməyi təklif etmişdilər. Lakin Katts imtina edib və qeysəriyyə əməliyyatı nəticəsində üçəmləri dünyaya gətirib.

"Uşaqların məni normal görməsi üçün doğuşdan əvvəl üzümə botoks inyeksiyaları vurdurdum", - Şeron Katts deyib.

Üçəmlərə qədər 4 övladı və 3 nəvəsi olan Şeron Katts Linkolnşirdə 40 yaşlı Stüart Reynoldsla qeyri-rəsmi nikahda yaşayır.

Milli.Az