Nazir: "Azərbaycan enerji siyasətini heç kimin maraqlarına xələl gətirmədən həyata keçirir"

10 Aprel 2016 17:00 (UTC+04:00)

"Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında həlledici rol oynayır. Layihənin reallaşdırılması işinə lazımi dəstəyin bundan sonra da davam etdiriləcəyinin iştirakçı ölkələr tərəfindən bir daha qəti şəkildə bəyan olunması da ən mühüm məqamlardan biridir". Movqe.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında energetika naziri Natiq Əliyev deyib."Azərbaycan enerji siyasətini heç kimin maraqlarına xələl gətirmədən düzgün formalaşdıraraq həyata keçirməkdədir. Eyni zamanda, Azərbaycanla Avropa Komissiyasının "Cənub Qaz Dəhlizi" layihəsi üzrə maraqları tam üst-üstə düşür. Bu layihə Azərbaycan qədər Avropa üçün də böyük əhəmiyyət kəsb edir", - deyə N. Əliyev bildirib."Cənub Qaz Dəhlizi" layihəsinin son icra vəziyyəti ilə əlaqədar nazir qeyd edib ki, layihənin əsas elementlərindən olan "Şahdəniz Mərhələ 2" və "Cənub Qafqaz qaz boru kəmərinin genişlənməsi" üzrə işlərin mühüm hissəsi qrafikdə nəzərdə tutulan vaxtdan əvvəl yerinə yetirilib: "Hazırda layihə üzrə işlər sürətlə davam etdirilir, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal Terminalında, Bakı yaxınlığındakı tikinti sahəsində, Bakı Dərin Özüllər Zavodunda və boru kəməri marşrutu boyunca irimiqyaslı tədbirlər həyata keçirilir, istehsalat sahələrində platformanın üst modulları və dayaq blokları qurulur. İlkin qazın əldə olunması üçün nəzərdə tutulmuş işlərin 66%-i artıq yerinə yetirilib. İlin birinci rübündə "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi" layihəsi çərçivəsində işlər də Azərbaycan və Gürcüstan ərazilərində boru kəmərinin əhatə etdiyi marşrut üzrə uğurla davam etdirilib, Azərbaycanda boru kəməri boyunca torpaq sahələrinin əldə olunması 99% başa çatdırılıb. Gürcüstanda birinci və ikinci kompressor stansiyasının, habelə təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam etdirilməkdədir".Onun sözlərinə görə, ölkədə "Şahdəniz Mərhələ 2" və "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi" layihələri üzrə tikinti işlərinə 15 mindən çox insan cəlb olunub ki, onların da 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır: "Ümumilikdə, Azərbaycan və Gürcüstan ərazisində bu işlərə 22 mindən çox işçi cəlb edilib