Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

10 Aprel 2016 18:00 (UTC+04:00)

Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu Qarası kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən hadisə baş verib. Movqe.az - ın APA-ya istinadən məlumatına görə, Qarasu kənd sakini, Abışov Rza Alış oğlu yolu keçərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.