BQXK həlak olan hərbiçilərin meyitlərinin geri qaytarılmasında yardımçı olur

10 Aprel 2016 19:30 (UTC+04:00)

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təmas xəttində, Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı həlak olanların meyitlərinin öz tərəflərinə təhvil verilməsinə yardımçı olub.


Movqe.az xəbər verir ki, trend-ə BQXK-dan verilən məlumata əsasən, komitənin dəstək verdiyi 8 və 9 aprel tarixlərində keçirilmiş əvvəlki əməliyyatlar nəticəsində tərəflər, meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirib. Əməliyyatlar tərəflərin razılaşması və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin Şəxsi Nümayəndəsi ilə koordinasiya olunmaqla həyata keçirilib.


"Bizim əsas prioritetimiz itkin əzizlərinin taleyindən hələ də xəbərsiz qalan ailələrə köməkdir." BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial bildirib. "Tərəflər üçün də ailələrə cavab vermək üçün meyitlərin qaytarılması vacib idi."


BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda fəaliyyət göstərir. Münaqişənin 2 aprel tarixində başlayan gərginləşməsindən sonra BQXK, humanitar ehtiyacları qarşılamaq üçün tərəflər arasında neytral vasitəçi olmaq xidmətlərini təklif edib.