Tanınmış müğənniyə 100 milyon dollarlıq kompensasiya məhkəməsi

4 Dekabr 2012 15:50 (UTC+04:00)
Movqe.Az bildirir ki, Tanınmış kolumbiyalı müğənni Şakiranın keçmiş sevgilisi Antonio de La Rua, müğənnini 100 milyon dollarlıq kompensasiya məhkəməsinə verib. Argentinanın keçmiş dövlət başçısı Fernando de la Ruanın oğlu olan və Şakira ilə on ildən çox birlikdə olduqdan sonra keçən il ayrılan De la Ruanın, "müğənninin karyerasını davam etməsinin qarşılısını almaq üçün" bu iddianı açdığını bildirib. De la Ruanın vəkili Uilliam T. Reid, Şakira ilə bu mövzunu danışmağa çalışdığını, amma latın müğənninin bunu rədd etdiyini, müvəkkilinin əslində mövzunun bu istiqamətdə inkişafını arzulamadığını söyləyib. Şakiradan isə mövzu ilə bağlı hələ bir cavab gəlməyib. İddianın 20 noyabrda Nyu York federal məhkəməsində açıldığı bildirilir.