"Neftçi" səfərdə "Xəzər Lənkəran"a qalib gəldi

10 Aprel 2016 21:00 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura yekun vurulub. Movqe.az xəbər verir ki, turun son oyunu Lənkəranda baş tutub.


Belə ki, burda yerli "Xəzər Lənkəran" – "Neftçi"ni qəbul edib. Meydan sahibləri oyuna fəal başlasa da, qol vura bilməyiblər. Əvəzində isə hissənin sonuna 5 dəqiqə qalmış Ruslan Qurbanov "Neftçi"ni Lənkəranda hesabda önə keçirib.


Fasilədən sonra isə üstünlük "Neftçi"də olub. Ancaq daha qapılara qol vurulmayıb. Bununla da "Neftçi" səfərdə "Xəzər Lənkəran"a minimal hesabla qalib gəlib.


Azərbaycan Premyer Liqası


10 aprel (bazar)


"Xəzər Lənkəran" – "Neftçi" 0:1


Qol: Ruslan Qurbanov 40  

Goal.Az