3 ton narkotik ələ keçirilib

4 Dekabr 2012 16:16 (UTC+04:00)
Movqe.Az bildirir ki, Əfqanıstanın Nimruz vilayətində Taliban xadimlərinə aid 3 ton narkotik maddə ələ keçirildiyi açıqlanıb. Beynəlxalq Təhlükəsizlik və Dəstək Qüvvələrindən (ISAF) verilən məlumata görə, Nimruz vilayətinin Çarberçek mahalında, ISAF və Əfqan təhlükəsizlik qüvvələri tərəfindən təşkil edilən əməliyyatda, Taliban xadimlərinin əlindəki 3 ton narkotik maddə əllərindən alınıb. Əməliyyatda ələ keçirilən narkotik maddənin xaricə qaçırılma üçün hazırlandığı bildirilib. İki ay əvvəl, ölkənin cənubundakı Paktiya və Hostda narkotik istehsal edən atelyelərdə təxminən 50 ton narkotik maddə tapılaraq məhv edildiyini xatırladan ISAF rəsmisi, bu əməliyyatlarla Taliban xadimlərinin pul qaynaqlarına böyük zərbə vurulduğunu qeyd edib.