ABŞ-dan "Qiyamət günü" açıqlaması

4 Dekabr 2012 16:39 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ hökuməti Maya təqviminə görə dünyanın 21 dekabrda yox olacağı ilə əlaqədar iddialar səbəbiylə dəhşətə qapılan xalqını rahatlaşdırmaq üçün hərəkətə keçib. Hökumətin, internet saytı (www.usa.gov) vasitəsilə, "Dünyanın 2012-ci ildə yox olacağı ilə əlaqədar qorxunc iddialar, yalnız iddiadır" başlıqlı xəbərində, "internetdə Maya təqviminin 21 dekabrda sona çatdığı (hansı ki, çatmamaqdadır), bir quyruqlu ulduzun fəlakətə yol açacağı (tamamilə səhvdir), bilinməyən bir planetin gizlicə dünyaya yaxınlaşıb toqquşacağı (qətiliklə doğru deyil) və buna bənəzr bir çox iddianın yer aldığı" yazılıb. Bu iddiaların çox insanıın, xüsusilə də uşaqların dəhşətə qapılmasına səbəb olduğuna işarə edən ABŞ, NASA-nın "qiyamət" ilə əlaqədar minlərlə məktub aldığını, məktubların bəzilərinin dünyanın sonu səbəbiylə intihar etməyi düşünən kəslər tərəfindən yazıldığını bildirib. ABŞ hökuməti, dünyanın 21 dekabrda ya da 2012-ci il bitmədən əvvəl hər hansı bir gün yox olmayacağını vurğulayıb. Mübarizə üçün əvvəl  2003-cü ilin may ayı tarixinin irəli sürüldüyünü, bu tarixdə heç bir şey olmadığına görə qiyamət üçün 2012-ci ilin dekabr ayının təyin olunduğunu bildirən hökumət, "Bu tarixdə də bir şey olmayacaq. Görəsən növbəti tarix nə vaxtdır?" deyə yazıb. Saytda NASA-nın iddiaları yanıltmaq məqsədilə hazırladığı videonun da linki verilib. Digər ölkələrin hökumətləri də insanların qorxularını aradan qaldırmaq üçün müxtəlif tədbirlər görürlər. Rusiya, dünyanın yaxında yox olmayacağına dair elmi məlumatlar ehtiva edən şərhlər edib. Fransada rəsmilər isə, 21 dekabrda mistik bir yer olaraq sığınacaq yaradılan dağlıq bölgəyə olan girişə maneə törətməyi planlaşdırır.